"Apple" şirkəti fərdi avtomobil istehsalı məqsədinə tədricən irəliləyir. Avtomobilin təqribi təqdimat tarixi bilinməsə də internetdə bu layihə ilə bağlı məlumatlar ortaya çıxmağa davam edir.
Lent.az "technote"a istinadən xəbər verir ki, "Apple" fərdi avtomobil istehsalı məsələsində "Kia Motors" ilə əməkdaşlıq edəcək və avtomobilin özü "E-GMP" platforması əsasında qurulacaq.
"Apple" şirkətinin ilk avtomobilində idarəetmə sistemi ümumiyyətlə reallaşdırılmayacaq.
Başqa sözlə desək, avtomobildə sükan olmayacaq. Bu isə o deməkdir ki, Apple avtomobili tamamilə avtopilot sisteminə sahib ola bilər. “İlk Apple Cars modeli sükan arxasında sürücünün iştirakı imkanından məhrum olacaq. Bu, avtonom sistemli elektromobil biznes üçün nəzərdə tutulacaq.
Bu cür bəyanatdan belə qənaətə gəlmək olar ki, "Apple" elektromobili ilkin mərhələdə ərzaqların, müxtəlif yüklərin daşınması və pilotsuz taksi xidmətlərini təklif edəcək təşkilatlar üçün nəzərdə tutulacaq. Gözləntilərə əsasən, "Apple" elektromobili 2025-ci ildə işıq üzü görəcək.