1974-cü il iyulun 20-də Türkiyə ordusu Kiprdə yunan millətçilərinin hakimiyyət çevrilişi etməyinə cavab olaraq adanın türk əsilli sakinlərini qorumaq üçün “Atilla” adını almış xüsusi hərbi əməliyyata başladı. Əməliyyat sırasında Pafos döyüşü adını almış silahlı toqquşma zamanı "dost atəşinin" ən məşhur nümunələrindən biridir, türk donanması ilə türk aviasiyası arasında döyüş yaşandı.
Lent.az 54 türk hərbçisinin şəhid olduğu və yunan kəşfiyyatının planlaşdırdığı həmin faciə barədə yazını təqdim edir.
1974-cü il iyulun 20-nə keçən gecə türk ordusu Kipr adasına daxil olmağa başladı.Adadakı azsaylı yunan qüvvələrinin müqaviməti asanlıqla qırılırdı və buna görə yunanlar hiyləyə əl atdılar.
İyulun 21-də Türkiyə hərbi dəniz qüvvələrinə məxsus üç esmines - "Adatəpə", "Kocatəpə" və "Tinaztəpə" Kiprin sahilyanı Pafos şəhərinə yaxınlaşdı. Türklər vəziyyəti izləyirdilər. Onlar bilirdilər ki, Rodos yaxınlığındakı yunan gəmiləri hərbi əməliyyalar başlayandan sonra Kiprə doğru hərəkət edirlər. Bundan əlavə, iyulun 19-da – “Atilla” əməliyyatı başlamazdan 12 saat əvvəl – “Lesbos” adlı böyük desant gəmisi Kiprin Famaqusta limanından yola düşdü. Müvafiq olaraq, türk komandanlığı məntiqlə güman edirdi ki, Rodosdan gələn yunan gəmiləri Famaqusta limanından dənizə çıxan “Lesbos” gəmisi və quru qoşunlarla Kiprdə birləşmək istəyirlər. Bunun qarşısını almaq üçün adı çəkilən “Adatəpə”, “Kocatəpə” və “Tınaztəpə” esminesləri Pafosa göndərilir. Paralel olaraq, Türkiyə dənizdə monitorinq həyata keçirirdi. Amma qəribə vəziyyət yaranırdı - gündüzlər bütün yunan gəmiləri radarlardan itir, gecə saatlarında isə istiqamətini dəyişərək Rodosa qayıdırlar. Amma türk komandanlığının bundan xəbəri yox idi.
Amma yunanlar da bilirdilər ki, türklər onların tezliyinə qulaq asır. Türk esminesləri Kiprə yaxınlaşdığı an, Pafosdakı yunan kəşfiyyatı yaxınlaşan gəmiləri tezlikdə "yunan" gəmisi adlandıraraq həmin dəniz qüvvələrinə vaxtında gəldikləri üçün təşəkkür edən bir mesaj göndərdi.
Türk kəşfiyyatı tələyə düşür və həmin mesajı tutaraq tez bir zamanda həmin an yunan zənn etidkləri həmin donanmaya qarşı əməliyyata başlamaq üçün əmr verir. “Düşmən” gəmilərinə hava zərbəsi endirmək üçün 28 döyüş təyyarəsi və onu müşayiət edən təyyarə (cəmi 48 təyyarə) hazırlanır. Amma yunanların öz tezliklərində donanmanın gəlişi barədə verdiyi saxta məlumatı nə Türkiyə aviasiyası, nə də digər qüvvələr təsdiqləmir.
Bununla belə, saat 14:35-də türk təyyarələri bayraqlarına və türkcə xəbərdarlıqlarına məhəl qoymadan - "Adatəpə", "Kocatəpə" və "Tinaztəpə" gəmilərinə hücum etdi. Döyüş başladı, bu zaman hər üç esmines vuruldu. “Kocatəpə”nin silah-sursat anbarı partlayır və o batır. “Adatəpə” və “Tinaztəpə” ciddi ziyan görsə də, suyun üzündə qalır. Döyüş zamanı esminetslər müdafiə məqsədilə 3 təyyarəni vura bilir.
Pafosdakı dəniz döyüşündə vəziyyəti Türkiyə və Yunanıstan esmineslərinin eyni sinifə və istehsalçıya malik olması (ABŞ istehsalı) daha da ağırlaşdırdı. Onları hündürlükdən ayırmaq çətin idi. Bundan əlavə, o zamanlar gəmilərdə və təyyarələrdə radar identifikasiya sistemləri yox idi. Bundan əlavə, Türkiyə komandanlığı pilotlarına nəzərdə tutulan ərazidə türk gəmilərinin olmadığı barədə məlumat vermişdi. Nəticədə pilotlar birmənalı döyüş əmri - təyin olunmuş sektorda istənilən döyüş gəmisini tez bir zamanda bombalamaq əmri alır və bu tapşırığı yerinə yetirir.
Faciənin qarşısını almaq üçün fürsət var idi. Türkiyə təyyarəsi Kiprin şimal sahilində vurulmuşdu. Sağ qalan pilot Pafos yaxınlığında olur. O, döyüşün başlanmasından az sonra baş verənləri anlayaraq radio tezlik vasitəsilə havada pilotlarla əlaqə saxlamağa nail olur. O, həmkarlarına öz gəmilərinə hücum etdiklərini izah etməyə çalışır. Cavab olaraq, pilotlar ondan günün kod sözünü adlandırmağı xahiş etdilər. Hər gün kodun dəyişməsi səbəbi ilə öz həmkarlarından bir neçə gün uzaq düşmüş pilot kodu deyə bilmir. Türkiyəli pilotlar öz həmkarına gülərək onun türkcə yaxşı danışan yunan olduğunu düşünürlər və döyüşü davam etdirdilər.
Beləliklə, "Kocatepe" esminesinin batması, "Adatəpə" və "Tinaztəpə esmineslərinin zədələndiyi faciə zamanı 54 türk dənizçisi şəhid olur, daha 48 dənizçi isə İsraildən olan və əraidən keçən gəmi tərəfindən xilas olunurlar və Hayfa limanına çatdırırlar.
Yunanların müqavimətinə və hiyləyə əl atmasına baxmayaraq, “Atilla” əməliyyatı uğurla başa çatır və Türkiyə ordusu Kiprin 40% ərazisini nəzarətə götürür.