Zaqatalada etiraz baş verən məktəblə bağlı SON QƏRAR
28 fevral 2023 16:28 (UTC +04:00)

Zaqatalada etiraz baş verən məktəblə bağlı SON QƏRAR

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə aksiya keçirilib. 

Müəllim və valideynlər keçirilən aksiyada məktəbə yeni direktor təyin edilən Mehnurə İsmayılovanın vəzifəsindən azad edilməsini tələb ediblər. 

Təhsil Nazirliyinin Şəki-Zaqatala Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi Mahal Məmmədov Lent.az-a açıqlamasında bildirib ki, hazırda məktəbdə vəziyyət qaydasındadır və tədris prosesi əvvəlki dövrdə olduğu kimi davam etdirilir.

Onun sözlərinə görə, direktor təyinatı ilə bağlı qərarda da hər hansı bir dəyişiklik olmayıb.

Qeyd edək ki, Zaqatala rayon Vətən Müharibəsi Qəhrəmanı Valeh Bədəlov adına Aşağı Tala kənd 1 nömrəli  tam orta məktəbin direktoru Mehnurə İsmayılova 17 fevral 2023-cü il tarixində  Zaqatala şəhər Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilib. 

Bununla bağlı olaraq 20 fevral 2023-cü il tarixdə Ş.Qurbanov adına 3 nömrəli tam orta məktəbdə müəyyən narazılıqlar yaranıb.

# 20793
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda 3 marşrut xəttinin istiqaməti dəyişdirilib

29 may 2023 , 14:50
Sabah 36 dərəcə  isti olacaq - PROQNOZ

Sabah 36 dərəcə isti olacaq - PROQNOZ

29 may 2023 , 12:14
2023-cü ildə iki bürc üçün  zənginlik və uğur   PROQNOZU

2023-cü ildə iki bürc üçün zənginlik və uğur PROQNOZU

29 may 2023 , 09:09
APA TV 10 YAŞINDA

APA TV 10 YAŞINDA

29 may 2023 , 09:00
Sabah hava belə olacaq

Sabah hava belə olacaq

28 may 2023 , 13:58
AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

AMEA-da institutun strukturu dəyişdi Direktor işdən çıxdı

28 may 2023 , 13:19
Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

Məhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq

28 may 2023 , 09:45
Yağışlı havalar nə vaxtadək davam edəcək?

Yağışlı havalar nə vaxtadək davam edəcək?

27 may 2023 , 17:39