Rüşvət almaqda təqsirləndirilən zabitə HÖKM OXUNDU
04 iyul 2025 10:48 (UTC +04:00)

Rüşvət almaqda təqsirləndirilən zabitə HÖKM OXUNDU

Tabeliyində olan hərbi qulluqçulardan rüşvət almaqda, dələduzluqda təqsirləndirilən Müdafiə Nazirliyinin hərbi qulluqçusu, kapitan Ağamalı Pənahovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakı Hərbi Məhkəməsində hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 9 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, cinayət işinin ibtidai istintaqı Hərbi Prokuroluqda aparılıb və Ağamalı Pənahov Cinayət Məcəlləsinin 178.2.2 (Dələduzluq, təkrar törədildikdə), 178.2.3 (dələduzluq, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 232.2.1 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 232.2.3 (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə - şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 311.3.2-ci (təkrar rüşvət alma, təkrar törədildikdə) maddələri ilə ittiham olunub./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 866

Oxşar yazılar