Yol polisindən qəza törədən sürücülərə  XƏBƏRDARLIQ
07 iyun 2021 19:52 (UTC +04:00)

Yol polisindən qəza törədən sürücülərə XƏBƏRDARLIQ

Bakıda yollarda sıxlıq yaranmasının səbəblərindən biri də baş verən qəzalardır. Dəfələrlə şahidi olmuşuq ki, hərəkətin intensiv olduğu yolda qəza baş verir və maşınlar yolun ortasında qalır. Qəza törədən avtomobillərin hərəkətin sıx olduğu yerlərdə ortada qalmasının səbəbinə gəldikdə, hadisənin qeydə alınması əsas gətirilir.

Görəsən, bu barədə qanunvericilikdə nə nəzrdə tutulur? Doğrudanmı, yol-nəqliyyat hadisəsi zamanı hətta hərəkət sıxlığı müşahidə olunsa da, qəzada iştirak edən avtomobillər heç yerə tərpədilməməlidir?

Məsələ barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədovun Lent.az-a verdiyi açıqlamaya görə, qanunvericiliyə əsasən, qəza zamanı dərhal sürücülər ərazini işarələyərək avtomobilləri hərəkət hissəsindən çıxarmalıdır:

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov

“Təəssüf ki, belə faktlar da var. Qanunvericilikdə göstərilir ki, əgər qəza baş verirsə, hər iki sürücü dərhal yol polisinə, yaxud sığorta şirkətinə məlumat verir. Bundan əlavə, müasir dövrdür, hər kəsin telefonu var. Hadisə baş verən yeri telefonun kamerası ilə çəkərək nəqliyyat vasitələrini yolun hərəkətli hissədən kənarlaşdırmaq mümkündür. Lazım olarsa digər hərəkət iştirakçılarının da köməyindən istifadə etmək olar. Qanunda belə bir bənd var ki, nəqliyyat vasitəsi hərəkətdə olarkən qəfil nasazlıq yarandığı halda sürücü məcbur olub yolun hərəkətli hissəsində qalırsa, o, bütün imkanlardan istifadə edib maşını kənara çəkməlidir.

Bütün bu tələblərə əsasən, qəza baş verən ərazidə hərəkət intensivliyini nəzərə alaraq, sürücünün vəzifəsidir ki, dərhal qəza olan yeri işarələsin və avtomobili kənara çəkib yol polisini gözləsin. Yol polisi də gəlib sənədləşmə həyata keçirməlidir”.

Həmsöhbətimiz qanunvericiliyin bu tələblərinə riayət etməyənlər barəsində heç bir inzibati tədbir nəzərdə tutulmadığını da vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3090
avatar

Mehman Nəbiyev

Oxşar yazılar