Cərimələnən velosipedçi
05 may 2021 12:36 (UTC +04:00)

Cərimələnən velosipedçi

Yol polisi 31 rayonda reyd keçirdi: Xeyli sayda sürücü CƏRİMƏLƏNDİ

Yol polisi paytaxtda və bölgələrdə yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən xüsusi profilaktiki tədbirləri davam etdirir.

Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, aprel ayından başlayan maarifləndirmə və nəzarət-profilaktiki tədbirlər bu dəfə təhlükəsizlik kəmərlərindən, işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulması, eləcə də motosiklet, moped və velosiped idarə edən şəxslər tərəfindən qaydalara əməl edilməməsi hallarının qarşısının alınmasına yönəldilib.

Gəncə, Ağsu, Ağcabədi, Qax, Qazax, Qəbələ, Qusar, Daşkəsən, Zaqatala, İsmayıllı, Yardımlı, Kürdəmir, Göyçay, Goranboy, Masallı, Mingəçevir, Neftçala, Oğuz, Samux, Salyan, Siyəzən, Tərtər, Tovuz, Ucar, Xızı, Hacıqabul, Cəlilabad, Şamaxı, Şəki, Şəmkir və Şirvan şəhər, rayon polis orqanlarının Dövlət Yol Polisi qurumlarının əməkdaşları tərəfindən keçirilən reydlərdə media mənsubları da iştirak edib.

Reydlər zamanı sürücü və sərnişinlərə təhlükəsizlik kəmərlərini bağlamağın vacibliyi, səs siqnallarından lüzumsuz istifadənin cəmiyətdə yaratdığı narazılıq, xüsusilə son vaxtlar yollarda daha çox görünən motosiklet, moped və velosiped idarə edən şəxslər tərəfindən qaydalara əməl edilməməsi hallarının yolverilməz olduğu barədə maarifləndirmə xarakterli söhbətlər aparılıb. Bununla yanaşı qaydaları kobud şəkildə pozan velosipedçi və moped idarə edən şəxslər, habelə səs siqnalından istifadə qaydalarını pozan sürücülər barəsində də inzibati tənbeh tədbirləri görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4044
avatar

Mehman Nəbiyev

Oxşar yazılar