İyunun əvvəlində Moskva və Moskva vilayətinin sakinlərini soyuq gecələr gözləyir.
Lent.az-ın Rusiya mediasına istinadla xəbərinə görə, bunu hidrometeorologiya xidməti mütəxəssisi Mixail Leus söyləyib.
“Növbəti gecə paytaxt regionunda bəzi yerlərdə havanın temperaturu 3 dərəcəyədək enəcək, şənbədən bazara keçən gecə isə 2 dərəcəyədək soyuyacaq ki, bu da torpaq səthində şaxtaların əmələ gəlməsinə şərait yaradır. Gələn həftənin başlaması ilə gecələr havanın temperaturu bir qədər yüksələcək”, - o bildirib.