Yayda ağaclara necə qulluq etməliyik? - Mütəxəssis DANIŞIR
16 may 2021 15:52 (UTC +04:00)

Yayda ağaclara necə qulluq etməliyik? - Mütəxəssis DANIŞIR

"Ağacların normal böyüməsi və onlardan yüksək məhsuldarlıq əldə olunması məqsədilə yay mövsümündə ağaclar həftədə iki dəfə suvarılmalıdır".

Lent.az məlumat verir ki, bu sözləri Meşələrin İnkişafı Xidmətinin əkinçilik üzrə mütəxəssisi Gülnarə Məmmədova deyib. O bildirib ki, torpağın xüsusiyyətindən asılı olmayaraq, ağaca verilən su torpağı 1-1,5 metr dərinlikdə islatmalıdır:

"Çünki dayaz suvarma zamanı torpağın ancaq üst şum qatı islanır və ağac normal böyüyə bilmir”.
 
Mütəxəssisin sözlərinə görə, ağac əkilən vaxtdan inkişaf dövrünə qədər onlara baxış keçirilməli, əgər ağacın dibi boşalarsa, mütləq bərkidilməlidir:

"Əks halda ora hava daxil olar və ağac quruya bilər. Əgər ağacların yarpaqlarında saralma, gövdəsində quruma, zəifləmə müşahidə olunarsa, bu zaman ağacın kökünü qüvvətləndirən dərmanlardan istifadə etmək lazımdır".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1971
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar