Yaxın 3 gündə hava necə olacaq? -  PROQNOZ
01 iyul 2021 15:48 (UTC +04:00)

Yaxın 3 gündə hava necə olacaq? - PROQNOZ

"Yaxın 3 gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi, mülayim şimal küləyinin əsəcəyi gözlənilir".

Bu barədə Lent.az-a açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu günorta saatlarında 32-36 dərəcə isti olacaq:

“Yaxın 3 gün ərzində Azərbaycanın əksər rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz saatlarında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu 34-39, dağlıq ərazilərdə isə 23-28 dərəcə isti olacaq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9375
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar