Azəriqaz-ın tədbiri
19 avqust 2022 15:17 (UTC +04:00)

Azəriqaz-ın tədbiri

"Yanğınlar 9 kəndi qazsız qoyub" - RƏSMİ

“Şabran rayonunun 9 kəndində qaz təchizatı dayandırılıb. Hazırda 1000-ə yaxın abonent qazsızdır”.

Lent.az xəbər verir ki, bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev “Açıq qapı” aksiyası çərçivəsində media nümayəndələri ilə keçirilən görüş zamanı deyib. O bildirib ki, böyük ziyandan söz getmir: “Araşdırma aparılır, xətlər təftiş olunur. İlkin olaraq dəymiş ziyanın həcmi barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – deyə baş direktor əlavə edib. 

Ruslan Əliyev media nümayəndəsinin yeni qazlaşan ərazilərdə qaz sayğaclarının quraşdırılması zamanı sayğaca görə hansısa bir ödənişin olması ilə bağlı ünvanladığı suala da aydınlıq gətirib. Birlik rəhbəri qeyd edib ki, son 3 il ərzində yeni qazlaşma işləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin daxili imkanları hesabına həyata keçirilir: “Qazlaşma işləri aparılarkən yalnız küçə xətləri çəkilir, bundan əlavə məişət tipli bütün sayğaclar vətəndaşlara ödənişsiz verilir”. 

Birlik rəhbəri işğaldan azad olunan ərazilərdə görülən işlər barədə də məlumat verib. Ruslan Əliyev vurğulayıb ki, bu günə qədər “Azəriqaz” İB-nin işğaldan azad olunmuş ərazilərdə gördüyü işlər ancaq layihələndirmədir.

Baş direktor fiziki işin hələlik başlanılmadığını qeyd edib: “İlkin olaraq bu ərazilərdə yüksək təzyiqli daşıyıcı qaz kəmərləri çəkilməlidir. Bunu da SOCAR-ın "Qaz İxrac" İdarəsi həyata keçirir. Bundan sonra növbə “Azəriqaz” İstehsalat Birliyinə çatacaq. Ümumiyyətlə, bu işlər Prezident Administrasiyası yanında xüsusi işçi qrupları tərəfindən nəzarətdə saxlanılır. Bizə işə başlamaqla bağlı tapşırıq gəldikdə bunu icra edəcəyik”.

Baş direktor cari ilin ilk 7 ayı ərzində təbii qaz itkiləri ilə bağlı məlumatı da diqqətə çatdırıb. Birlik rəhbəri bildirib ki, ötən ilin eyni dövrü ilə müqayisədə 85 milyon kubmetr azalma var. “Biz hər ayın, hər rübün sonunda SOCAR “Azəriqaz” İstehsalat Birliyinin iqtisadi göstəricilərini ictimaiyyətə təqdim edirik. Bəzən dəqiqləşdirilməmiş, qarşı tərəfin fikrini öyrənmədən yayılan şayiə tipli xəbərlərin dövriyyəyə buraxılmasına təəssüf edirik”, - deyə Ruslan Əliyev qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2790
avatar

Oxşar yazılar