23 Mart 2025-ci il tarixinə faktiki hava məlumatı açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, 23 mart 2025-ci il saat 10:00-a olan vəziyyətə görə, ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.
Yağıntı miqdarı:
- 15 mm: Lənkəran, Astara
- 8 mm: Cəlilabad
- 6 mm: Zaqatala, Balakən
- 5 mm: Sabirabad, Tovuz, Tərtər, Ağstafa, Lerik, Zərdab, Xocalı, Qax, Şəki, Qəbələ, Biləsuvar, Füzuli, Ceyrançöl, Şəmkir, Naftalan, Gəncə, Yardımlı, Altıağac, Quba, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Neftçala, İsmayıllı, Oğuz, Qobustan, Culfa, Ordubad, Sədərək, Bərdə, Goranboy, Şahbuz
- 2 mm: Bakı və Abşeron yarımadası
Qar yağan ərazilər:
- Kəlbəcər, Laçın, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Xaltan, Qusar (Laza)
Külək şəraiti:
- 20 m/s: Şahdağ
- 19 m/s: Goranboy
- 18 m/s: Naftalan
- 17 m/s: Bakı və Abşeron yarımadası
Dumanlı ərazilər və görünüş məsafəsi:
- Daşkəsən, Göygöl, Xaltan, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Lerik, Qax, Şəki, Balakən, Zaqatala – görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Minimal temperatur:
- 7°C-yədək isti: Bakı və Abşeron yarımadası, Aran rayonları
- 2°C-yədək isti: Naxçıvan MR
- 9°C-yədək şaxta: Dağlıq rayonlar