Yağış, duman, cənub küləyi - SABAHIN HAVASI
05 noyabr 2023 12:44 (UTC +04:00)

Yağış, duman, cənub küləyi - SABAHIN HAVASI

Noyabrın 6-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 14-17° isti, gündüz 18-23° isti olacaq.

Noyabrın 6-da Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 4-8° isti, gündüz 11-16° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10764
avatar

Oxşar yazılar