Yağıntılı və küləkli havanın hansı tarixə kimi davam edəcəyi AÇIQLANDI
23 mart 2025 16:17 (UTC +04:00)

Yağıntılı və küləkli havanın hansı tarixə kimi davam edəcəyi AÇIQLANDI

Yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılı və küləkli hava şəraitinin martın 25-dək davam edəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda sulu qar, qar yağacağı ehtimal olunur.

Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1298

Oxşar yazılar