Xırdalanda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB
10 sentyabr 2022 10:57 (UTC +04:00)

Xırdalanda yaşayış binasında yanğın söndürüldü - YENİLƏNİB

 

Xırdalanda çoxmərtəbəli yaşayış binasında yanğın söndürülüb.

Lent.az FHN-ə istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.

***

09:22

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.

Lent.az Nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əlavə məlumat veriləcək.

# 2097
avatar

Oxşar yazılar