Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatdı - FAKTİKİ HAVA
10 noyabr 2023 10:37 (UTC +04:00)

Xəzərdə dalğanın hündürlüyü 4 metrə çatdı - FAKTİKİ HAVA

Faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur.

Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır.

Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur.

Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3978
avatar

Oxşar yazılar