Xəstəxanada baxımsız qalan kimsəsiz azyaşlının SON DURUMU
17 sentyabr 2022 13:15 (UTC +04:00)

Xəstəxanada baxımsız qalan kimsəsiz azyaşlının SON DURUMU

2 yaşlı Araz sağtərəfli bronxopnevmoniya diaqnozu ilə körpələr evindən avqustun 14-də Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasına daxil olub.

TƏBİB-dən Lent.az-a verilən xəbərə görə, azyaşlının müayinəsi aparılıb və müvafiq müalicələrə başlanılıb. Sentyabrın əvvəllərində körpənin bədənində səpkilər müşahidə edilib. Bununla bağlı həkim-dermatoveneroloq körpəni müayinə edib. Azyaşlıda qoturluq inkar edilib və allergik dermatit diaqnozu qoyulub. Mütəxəssis tərəfindən təyin edilən müvafiq müalicəyə başlanılıb.

Hazırda körpənin vəziyyəti kafidir. Sağtərəfli bronxopnevmoniya artıq müalicələr sayəsində keçib. Körpənin temperaturu yoxdur, aktivdir.

Məlumat üçün bildirək ki, Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası uzun illərdir ki, valideynləri tərəfindən imtina edilən uşaqlara xidmət göstərir. Körpələr evinə yeni yerləşdirilən uşaqlar ilk olaraq müayinə üçün xəstəxanaya göndərilir. Xəstəxanada körpələr mütəxəssislər tərəfindən müayinə edilir. Müalicəyə ehtiyacı olan körpələr nəzarətə götürülür və həkim nəzarəti altında onların müalicələrinə başlanılır. Körpələr sağlamlıqlarına qovuşduqdan sonra yenidən körpə evlərinə göndərilir. Hazırda Ə.F.Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanasında körpələr evindən gətirilən 8 nəfər müalicələri alır.

Qeyd edək ki, sosial şəbəkələrdə körpələr evində azyaşlıların natəmiz saxlanıldığı və Qarayev xəstəxanasında onlara baxılmadığı barədə məlumat paylaşılıb.

# 1575
avatar

Aytəkin Cəlali

Oxşar yazılar

Yağış, qar yağacaq  - sabahın havası

Yağış, qar yağacaq - sabahın havası

26 noyabr 2022 , 12:25
Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

Daha 3 qadın və 13 uşaq Suriyadan ölkəmizə qaytarıldı

26 noyabr 2022 , 12:19
“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

“Azəriqaz”: Qaz sayğaclarına müdaxilə halları iki dəfə azalıb -VİDEO

25 noyabr 2022 , 23:07
"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

"Qadınların çoxunun psixoloji travmaları var" - Ruhi Əliyeva

25 noyabr 2022 , 22:20
Bakının saxta “Qara Cüməsi”  – "Black Friday"dən REPORTAJ

Bakının saxta “Qara Cüməsi” – "Black Friday"dən REPORTAJ

25 noyabr 2022 , 18:05
Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

Texniki baxışdan gecələr də keçəcəksiniz - YENİLİK

25 noyabr 2022 , 17:34
Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

Nazir adı rüşvətdə hallanan direktordan DANIŞDI

25 noyabr 2022 , 15:51
Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

Elm və Təhsil Nazirliyinin nəzdində 3 agentlik yaradılır

25 noyabr 2022 , 15:29