
Zəngəzurla bağlı kitab və sənədli filmin təqdimatı keçirildi
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində "Zəngəzur" Cəmiyyətləri İctimai Birliyi tərəfindən nəşr edilən "Zəngəzur: 100 sual, 100 cavab" adlı kitabın və "Zəngəzur" tarixi sənədli filminin disk-albomunun təqdimatı olub.
Bu barədə Lent.az-a AMEA Mərkəzi Elmi Kitabxana İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib. Bildirilib ki, öncə tədbir iştirakçıları hər iki təşkilatın son vaxtlar nəşr etdirdiyi kitabların sərgisi ilə tanış olublar.
Tarixi faktlarla, xəritə və fotolarla zənginləşdirilmiş kitabın müəllifi Hacı Nərimanoğlu çıxışında QHT Şurasının Ermənistanın ölkəmizə qarşı təcavüzünün, havadarlarının yardımı ilə xalqımıza qarşı törətdiyi soyqırım siyasətinin ifşa edilməsinə həsr olunan layihələrin həyata keçirilməsinə xüsusi önəm verdiyini diqqətə çatdırıb.
Müəllif bildirib ki, “QHT Nəşriyyatı”nda işıq üzü görən elmi-populyar nəşrdə vətənimizin dilbər guşəsi olan Zəngəzurun tarixinə dair arxiv materiallarına, yerli və xarici mənbələrə istinad edilib, bölgənin tarixinə dair 100 sual cavablandırılıb. Qeyd edib ki, kitabda Zəngəzur bölgəsinin tarixi xəritələri, təbiəti, abidələri, görkəmli şəxsiyyətlərinin 100 fotosu yer alıb, nəşrin PDF variantı zengezur.com saytında yerləşdirilib.
Tədbirdə çıxış edən AMEA Tarix İnstitutunun elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov, Mərkəzi Elmi Kitabxananın direktor müavini Elnur Eltürk və başqaları nəfis tərtibatlı nəşrin Zəngəzur bölgəsinin Azərbaycan türklərinin əzəli torpağı olduğunun faktlarla ictimaiyyətə çatdırılması, ümümilikdə vətəndaşlarımızın elmi-tarixi, humanitar biliklərinin artırılması və maariflənməsi üçün dəyərli töhfə kimi qiymətləndiriblər.
Təqdimatda kitabın lakonik, sadə və aydın üslubda yazıldığı, tədqiqatçılar, tarixçilər, müəllim və tələbələr, eləcə də geniş oxucu auditoriyası üçün nəzərdə tutulduğu diqqətə çatdırılıb. Çıxışlarda bir sıra böyük dövlətlərin hərbi-siyasi dəstəyi ilə erməni silahlı qüvvələri tərəfindən soyqırımı, deportasiya, etnik təmizlənmə və işğala məruz qalmış Zəngəzur bölgəsinin ən qədim dövrlərdən başlayaraq tarixinin tədqiq edildiyi, əhalisinin məruz qaldığı müsibətlərin səbəblərinin gerçək tarixi faktlarla araşdırıldığı vurğulanıb, yerli əhalinin çarizmin müstəmləkəçi siyasəti, bolşevik-daşnak və 1990-cı illər işğalına qarşı apardığı mübarizəsinin əks olunduğu bildirilib.
Tədbirdə “Zəngəzur” tarixi-elmi sənədli filmi haqqında da məlumat verilib. Tarixi həqiqətlərin daha geniş auditoriyaya çatdırılmasında filmin əhəmiyyətindən danışılıb.
Sonda Mərkəzi Elmi Kitabxanaya və tədbir iştirakçılarına birliyin indiyədək nəşr etdirdiyi kitablar çap və elektron formatda hədiyyə edilib.
Oxşar yazılar

Fevralın sonunda gözlənilən maqnit qasırğaları - təhlükəli tarixlər
24 fevral 2025 , 20:15
Sabah bəzi universitetlərdə tədris onlayn aparılacaq
24 fevral 2025 , 19:56
Niyə kişilər pivə içməməlidirlər: Ekspertlərdən gözlənilməz faktlar
24 fevral 2025 , 18:56
Meteohəssas insanlar üçün sabahın PROQNOZU
24 fevral 2025 , 17:23
Sabah yenə qar yağacaq, 25 dərəcə şaxta olacaq - HAVA PROQNOZU
24 fevral 2025 , 12:57
Pensiyaçılara ŞAD XƏBƏR: Bu tarixdə pullar ödəniləcək
24 fevral 2025 , 12:12
Pensiyanın təyin edilməsi üçün nə qədər zaman lazımdır? – CAVAB
24 fevral 2025 , 10:52