Azərbaycanda nə qədər uşaq qəyyumluğa verilib? - Ailələrin aldığı  müavinət AÇIQLANDI
10 sentyabr 2025 10:47 (UTC +04:00)

Azərbaycanda nə qədər uşaq qəyyumluğa verilib? - Ailələrin aldığı müavinət AÇIQLANDI

0

Qəyyumu tərəfindən işgəncəyə məruz qalan 14 yaşlı yeniyetmədən sonra ağıllarda bir sual yarandı: Görəsən, indiyə qədər həmin uşaq yaxud ailə ilə maraqlanan olmayıbmı?

Maraqlıdır, qəyyumluğa verilən uşaqlarla görüşlər keçirilir? Bu proses kim tərəfdən necə tənzimlənir?

Sosial Xidmətlər Agentliyindən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, qeyd olunan məsələ ilə qanunvericiliyə uyğun olaraq yerli icra hakimiyyəti orqanları yanında fəaliyyət göstərən Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar məşğuldur.

Daha sonra yerli icra hakimiyyəti orqanlarına sorğu ünvanladıq. Bildirildi ki, məsələ ilə rayon icra hakimiyyətlərində fəaliyyət göstərən Qəyyumluq və himayəçilik komissiyası məşğul olur:

“Qəyyumluq məsələsində şəxsin sağlamlıq vəziyyəti, yaşı, yaşadığı yer, maddi vəziyyəti kimi əsas məqamlar nəzərə alınmalıdır. Qəyyum təyin edildikdən sonra isə monitorinqlər keçirilir. Müəyyən vaxtlarda qəyyumlarla telefonla, lazım gəldikdə isə canlı görüşlər keçirilir”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən himayədar ailələrə verilən uşaqların sayı 53-ə çatıb.

Onlardan 32-si qız, 21-i oğlandır. Həmçinin 27 nəfəri 6 yaşadək olan, 21 nəfəri 7-13 yaş arası, 5 nəfəri 14-18 yaş arası uşaqlardır.

Uşaqlardan 29-u hazırda Bakı şəhərindəki, 24-ü rayonlardakı (Ağcabədidə 1, Biləsuvarda 1, Cəlilabadda 1, Gəncədə 3, Göyçayda 1, Göygöldə 3, Xaçmazda 2, Lənkəranda 4, Şamaxıda 1, Şəkidə 1, Şəmkirdə 4, Zaqatalada 1, Astarada 1 ailə) himayədar ailələrdə yaşayırlar.

Bununla yanaşı himayədar ailəyə verilmiş 0–6 yaş arası uşağa görə – 355 manat, 7–13 yaş arası uşağa görə – 375 manat, 14–18 yaş arası uşağa görə – 395 manat.

Himayədar ailəyə verilmiş əlilliyi olan 0–6 yaş arası uşağa görə – 500 manat, 7–13 yaş arası uşağa görə – 600 manat, 14–18 yaş arası uşağa görə – 650 manat müavinət verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 570

Oxşar yazılar