Zakir Qaralov: “Sosial müdafiə sahəsində pozuntular müəyyənləşdirilib”
01 oktyabr 2013 11:45 (UTC +04:00)

Zakir Qaralov: “Sosial müdafiə sahəsində pozuntular müəyyənləşdirilib”

“Əhalinin sosial müdafiə sahəsində müraciətləri üzrə ümumiləşdirmə aparılaraq xarakterik pozuntular müəyyənləşdirilib, onların başvermə səbəbləri araşdırılmaqla ünvanlı dövlət sosial yardımının təyin olunması, ödənilməsi, əlilliyin müəyyən edilməsi  sahəsində mövcud korrupsiya hüquqpozmalarının aradan qaldırılması, bu sahədə şəffafların artırılması,  konkret tədbirlərin həyata keçirilməsi barədə təkliflər  hazırlanaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilib”. Lent.az-ın məlumatına görə, bunu baş prokuror Zakir Qaralov  “Azərbaycan” qəzetində dərc edilən məqaləsində bildirib.

Z. Qaralovun sözlərinə görə, prokurorluğun digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyəti nəticəsində kriminogen durumun daha da stabilləşməsinə nail olunaraq cinayətkarlığa qarşı mübarizənin səmərəliliyinin artırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib: 

“Hüquq-mühafizə orqanları ilə birgə görülmüş tədbirlər nəticəsində 2012-ci ildə ölkə üzrə qeydə alınmış cinayətlərin ümumi sayı əvvəlki ilə nisbətən 9,8 faiz azalaraq 21.897 olub, o cümlədən zorlama və zorlamaya cəhd 22,1 faiz, quldurluq 13,7 faiz, soyğunçuluq 17,6 faiz, əmlakın oğurlanması cinayətləri isə 15,5 faiz azalıb. Azalma dinamikası digər müəyyən növ cinayətlərə də aid olmaqla 2013-cü ildə də müşahidə olunub.

2013-cü ilin birinci yarım ilində ötən ilin eyni dövrü ilə müqayisədə  respublika üzrə qeydə alınmış cinayətlərin sayı 11.953-dən 10.929-a düşməklə 8,6 faiz, o cümlədən soyğunçuluq cinayətlərinin sayı 24,8 faiz (137-dən 103-ə düşmüş), oğurluq yolu ilə talama cinayətlərinin sayı 46,7 faiz (152-dən 81-ə  düşmüş), dövlət əmlakını talama cinayətlərinin sayı isə 17,3 faiz (215-dən 179-a düşmüş) azalmış, törədilmiş  cinayətlərin 86,9 faizinin açılması təmin edilib”.

Baş prokuror onu da bildirib ki, respublikada hər yüz min nəfərə orta hesabla 250 cinayət düşür ki, bu da bir sıra digər ölkələrdə olan müvafiq göstəricidən xeyli aşağıdır. “Ağır cinayətlər qeydə alınan cinayətlərin az bir hissəsini - 10 faizə qədərini təşkil edir. Respublikamızda qəsdən adam öldürmə və ona cəhd, quldurluq, hədə-qorxu ilə tələb etmə və banditizm cinayətlərinin əhalinin hər yüz min nəfərinə düşən sayı əksər Avropa, Amerika və Asiya dövlətlərində olduğundan dəfələrlə azdır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1066

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34