Yollar buz bağlayacaq
26 dekabr 2012 00:10 (UTC +04:00)

Yollar buz bağlayacaq

Dekabrın 26-sı gündüzdən hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gündə temperaturun tədricən yüksələcəyi, arabir güclənən cənub küləyinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, dekabrın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin dekabrın 25-dən 26-na keçən gecə yarımadanın bəzi yerlərində az yağıntılı olacağı, zəif qar yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təşkil edəcək. 


Azərbaycanın rayonlarında dekabrın 25-dən 26-na keçən gecə havanın gecə və səhər əsasən şərq rayonlarında yağıntılı, dağlıq və dağətəyi rayonlarında qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcə isti olacağı gözlənilir. Əsasən, dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1567

Oxşar yazılar