Valideyn himayəsindən mərhum olan uşaqlara pulsuz ali təhsil
20 dekabr 2012 12:30 (UTC +04:00)

Valideyn himayəsindən mərhum olan uşaqlara pulsuz ali təhsil

Azərbaycanda uşaq müəssisələrindən çıxan və ali məktəblərə daxil olan uşaqların təhsil haqqının dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ödənilə bilər.

 

Lent.az-ın məlumatına görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində “2012-ci ilin yekunları və qarşıda duran vəzifələr” mövzusunda keçirilən hesabat konfransında söyləyib.

 

O bildirib ki, hazırda bununla bağlı Milli Məclisin Sosial siyasət komitəsində hazır layihə mövcuddur. Ötən il bun layihənin müzakirə olunduğunu deyən Hadi Rəcəbli qeyd edib ki, artıq Qarabağ əlilləri və şəhid ailələri üçün artıq bu tətbiq edilib: “Hazırda valideynləri olmayan, bioloji ailəsi olmayan uşaqların təhsil haqqının dövlət büdcəsindən ayrılmış maliyyə vəsaiti hesabına ödənilməsi təklif edilir. Belə uşaqların sayı elə də böyük rəqəm deyil. Ona görə də düşünürəm ki, yaxın gələcəkdə biz buna nail olacağıq”.
 

Hadi Rəcəbli nəzərə çatdırıb ki, qanunvericiliyə dəyişiklik etməklə ali və orta ixtisas müəssisəsinə daxil olan uşaqlara 23 yaşına kimi uşaq evlərində qalma hüququ verilib. Onun sözlərinə görə, bu bazanın təkmilləşdirilməsi istiqamətində daima iş aparılır: “Bu istiqamətdə Ailə Məcəlləsinə dəyişikliklər etməyə hazırlaşırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 997

Oxşar yazılar