Uşaqlar «Qar Kraliçası»na baxdılar
29 dekabr 2012 13:18 (UTC +04:00)

Uşaqlar «Qar Kraliçası»na baxdılar

Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibəti ilə Səbail rayonunda imkansız ailələrin uşaqları üçün bayram tədbiri təşkil olunub. Səbail RİH-dən Lent.az-a bildirilib ki, hazırda rayon əhalisinin 20%-ni uşaqlar təşkil edir. Səbail rayonunda 17 məktəbəqədər təhsil müəssisəsi var və burada 20 mindən çox uşaq təhsil alır.

 

Bu gün isə Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və yeni – 2013-cü il il münasibəti ilə Səbail rayon İcra Hakimiyyəti tərəfindən rayonda yaşayan aztəminatlı, imkansız ailələrin uşaqları, eləcə də müxtəlif uşaq evlərində tərbiyə olunan, Daun Sindromlu Şəxslərin Assosiasiyası və UAFA əlil uşaqlar təşkilatının üzvləri – ümumilikdə 200-dən çox uşaq üçün «Park Bulvar» Ticarət və İstirahət Mərkəzində bayram tədbiri təşkil olunub. Tədbir çərçivəsində əvvəlcə uşaqlar «Park Bulvar»dakı atraksion və əyləncə yerlərində pulsuz olaraq əylənib.

 

«Park Sinema» kino zalında keçirilən tədbirdə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Xalidə Bayramova uşaqları salamlayıb. Tədbirdə uşaqlara yeni il hədiyyələri, müxtəlif şirniyyat və meyvə şirələri paylanmış, «Qar Kraliçası» multipliyasiya filmi nümayiş etdirilib. Uşaqların yaddaşında qalacaq bu gözəl tədbirin təşkilinə görə uşaqların valideynləri öz razılıqlarını bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 909
avatar

Oxşar yazılar