Universitetlər  tələbə və müəllim mübadiləsi edəcək
02 aprel 2013 14:41 (UTC +04:00)

Universitetlər tələbə və müəllim mübadiləsi edəcək

Bu gün Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Ankara Universitetinin rektoru Erkan İbişin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

BDU-nun Mətbuat və İnformasiya şöbəsindən Lent. az-a verilən məlumata görə, görüşdə Abel Məhərrəmov BDU-nun Türkiyənin ali təhsil ocaqları ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini deyib və universitetlərin daha  səmərəli fəaliyyət göstərmələri üçün birgə  layihələrdən söz açıb.

 

Abel Məhərrəmov BDU və Ankara Universiteti arasında ikili diplomlar, tələbə-müəllim mübadiləsinə də toxunub. Erkan İbiş də öz  növbəsində əməkdaşlıqda maraqlı olduqlarını diqqətə çatdırıb.

Görüşdə universitetlər arasında hüquq elminin davamlı inkişaf etdirilməsi, ikili diplomların verilməsi məqsədilə imzalanmış müqaviləyə yenidən baxılaraq  dəyişikliklər barədə də müzakirələr aparılıb.

# 660
avatar

Oxşar yazılar