Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısı çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Ömər Çeliklə görüşüb. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib. Görüşdə qeyd olunub ki, sammitin əsas mövzusunun turizm olması ölkə rəhbərlərinin bu sahəyə verdiyi əhəmiyyətin göstəricisidir. Həmçinin iki ölkənin mədəniyyət və turizm əlaqələrinin hazırkı vəziyyəti, xüsusilə ölkələrimiz arasında əməkdaşlıq proqramının hazırlanması, YUNESKO-ya birgə faylların təqdim olunması, birgə turizm işçi komissiyasının yaradılması, cari ilin noyabr ayında Bakıda keçiriləcək Türkiyə mədəniyyət günləri və s. məsələlər ətraflı müzakirə olunub.
Ə. Qarayev Ö. Çeliki Türkiyənin YUNESKO-nun Qeyri-maddi mədəni irs üzrə komitəsinə seçilməsi münasibətilə təbrik edərək onu Bakıya səfərə dəvət edib.

Türkiyə ilə birgə turizm işçi komissiyası yaradılacaq
0
0
0
0
Oxşar yazılar

Sentyabrın hər BÜRC üçün uğurlu günləri: sevgi və ya böyük pul nə vaxt gələcək
4 sentyabr 2025 , 18:39
Varlıların uşaqları daha yaxşı oxuyur – SƏBƏBLƏR
4 sentyabr 2025 , 17:25
Sumqayıtda qaz kəsiləcək
4 sentyabr 2025 , 17:17
“Tanrının möhürü” və ya “qismət damğası” - Xallar nədən xəbər verir? - ARAŞDIRMA
4 sentyabr 2025 , 17:10
Müəllimlər geyimlərinə fikir versinlər - DEPUTATDAN ÇAĞIRIŞ
4 sentyabr 2025 , 16:11
Fırıldaqçılar oyaqdırlar: Şəxsi məlumatlarınızı belə qoruyun
4 sentyabr 2025 , 14:53
Kolleclərə boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ
4 sentyabr 2025 , 14:37