TQDK sədri imtahanın nəticələrindən narazıdır
04 aprel 2013 13:50 (UTC +04:00)

TQDK sədri imtahanın nəticələrindən narazıdır

TQDK sədri  2012-2013-cü tədris ili üçün peşə liseylərində keçirilən buraxılış imtahanının nəticələrini qiymətləndirib. Lent.az-ın məlumatına görə, Məleykə Abbaszadə  deyib ki, bu il peşə məktəblərində buraxılış imtahanı ilk dəfə keçirildiyindən kontingent elə çox olmayıb: “Cəmi 4 min nəfərdən çox şagird imtahanda iştirak edib. Bu imtahanlarda 70 faiz şagird  “3”  alıb. Bu nəticə bizi elə də qane etmir. Təbii ki, bundan da yüksək nəticə gözləmək mümkün deyildi. Çünki orta məktəb proqramları çətin olduğuna görə vaxtilə həmin şagirdlər peşə məktəblərinə üz tutublar. Biz bu nəticəni gözləyirdik”.

# 1180

Oxşar yazılar