TQDK sədri: “Modelyerim yoxdur”
29 dekabr 2012 17:09 (UTC +04:00)

TQDK sədri: “Modelyerim yoxdur”

“Qəşəng paltarları, aksessuarları sevirəm”

 

“Bu gün yaxşı görünməyə nail olmaq üçün çoxlu gözəllik salonları, imic studiyaları, paltar dizaynerləri var. Əsas odur ki, bunlardan savadlı istifadə edəsən, özünə ziyan verməyəsən”.

 

Lent.az-ın verdiyi məlumata görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Azerbaydjanskiye İzvestiya” qəzetinə müsahibəsində deyib.

 

”Mənə gəlincə, modelyerim yoxdur, qarderobumu öz zövqümə uyğun təşkil etməyə üstünlük verirəm. Hər bir qadın kimi qəşəng paltarları, aksessuarları sevirəm, ancaq bu mənim üçün məqsəd deyil. Modanı izləyirəm, ancaq tək mövsümdə dəbdə olan şeyləri yox, həm də xoşuma gələnləri seçirəm. Klassik, təvazökar stilə üstünlük verirəm. Hər şeyi radikal dəyişməyi də bacarıram. Ancaq bütün bunlar fantaziyasız, ölçü hissi çərçivəsindədir. Yaş, vəzifə paltarının stilini diktə edir. Əgər mən dövlət qulluğunda olmasaydım, digər işdə çalışsaydım, mümkündür ki, stilim fərqli, daha azad olardı. Əlbəttə, əgər istirahətə gedirsənsə, idman stilində geyinə bilərsən. Mənim məqsədsiz bazarlıq üçün vaxtım yoxdur, adətən, qızlarım mənə paltar alırlar. Bazardan özünə hədiyyə almaq bütün qadınlar üçün psixoterapiya rolunu oynayır, mən də istisna deyiləm. Ona görə də istirahət və məzuniyyət ərəfəsində mağazalara getməyə çalışıram. Lakin Bakıda buna vaxt çatmır. Bakıda bir neçə mağaza var ki, mənə hazırda lazım olanları almaq üçün həmin mağazalara gedir və alıram” , - deyə, xanım Abbaszadə bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1620
avatar

Oxşar yazılar