TQDK dərsliklərin monitorinqi ilə bağlı ilkin məlumat yayıb
28 dekabr 2012 18:58 (UTC +04:00)

TQDK dərsliklərin monitorinqi ilə bağlı ilkin məlumat yayıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası Ümumtəhsil fənləri üzrə dərsliklər və dərs vəsaitlərinin elmi-metodiki monitorinqi haqqında məlumat yayıb. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ibtidai sinif müəllimlərinin elmi-metodiki seminar iclaslarında respublikanın ümumtəhsil məktəblərinin I, III və IV siniflərində istifadədə olan “Azərbaycan dili” (təlim Azərbaycan dilində olan məktəblər üçün), “Riyaziyyat” və “Rus dili” (təlim rus dilində olan məktəblər üçün) dərsliklərinin və müəllim üçün metodiki vəsaitlərin elmi-metodiki monitorinqi başa çatıb. Ekspert şuralarında bu dərsliklərlə bağlı TQDK-ya daxil olmuş qeydlər, iradlar və təkliflər əsasında yekun rəylər hazırlanıb. Hazırda həmin rəylər dərslik müəllifləri ilə birgə müzakirə edilir. 
Yeni ildə ekspert şuralarının dərsliklərlə bağlı yekun qərarları açıqlanacaq. 
2013-cü ilin yanvar ayında “Həyat bilgisi”, “İnformatika”, “Texnologiya”, “Azərbaycan dili” (təlim rus dilində olan məktəblər üçün), “Rus dili” (təlim Azərbaycan dilində olan məktəblər üçün), “İngilis dili”, “Alman dili”, “Fransız dili” , “Musiqi”, “Fiziki tərbiyə” fənləri üzrə dərslik və müəllim üçün metodiki vəsaitlərin elmi-metodiki monitorinqi aparılacaq. Eyni zamanda bütün fənlər üzrə V-XI siniflər üçün istifadədə olan dərsliklərin elmi-metodiki monitorinqinə başlanacaq. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719
avatar

Oxşar yazılar