Tibb təhsilinin əsas ixtisasları təsdiqləndi - SİYAHI
26 dekabr 2012 10:17 (UTC +04:00)

Tibb təhsilinin əsas ixtisasları təsdiqləndi - SİYAHI

Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı dəyişib

 

Nazirlər Kabineti “Ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatı”nın təsdiq edilməsi və “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın təsdiq edilməsi haqqında” 2009-cu il 12 yanvar tarixli 8 nömrəli qərarında dəyişikliklər edib.

 

Lent.az-ın verdiyi məlumata görə, ali təhsil pilləsində tibb təhsilinin əsas təhsili üzrə ixtisasların Təsnifatında aşağıdakı ixtisaslar və onların şifri yer alıb: 

 

İxtisasın şifri

İxtisasın adı

070101

Müalicə işi

070102

Hərbi həkim işi

070103

Tibbi profilaktika

070104

Stomatologiya

 

Buna müvafiq olaraq bu ixtisaslar “Ali təhsilin bakalavriat səviyyəsi ixtisaslarının (proqramlarının) Təsnifatı”nın “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsindən çıxarılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1965
avatar

Oxşar yazılar