“Bu ilki tədris ilində dərs müddətinin artırılması ilə bağlı heç bir dəyişiklik nəzərdə tutulmur”. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, növbəti tədris ilindən (2014-2015-ci tədris ili) isə dərs ilinin müddətinin 2-3 həftə uzadılması nəzərdə tutulur: “Bunun bir sıra səbəbləri var. İnkişaf etmiş bəzi ölkələrdən fərqli olaraq, Azərbaycanda akademik il çox qısadır”.
Nazir vurğulayıb ki, akademik ilin qısa olması şagirdlərə əlavə tədris yükü deməkdir: “Ona görə də hesab edirik ki, növbəti tədris ilindən dərs ilinin uzadılması tədris prosesinin keyfiyyətinin artırılmasına yönələn addımlardan biridir”.

Təhsil nazirindən dərs müddətinin artırılması ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
0
0
0
0