Sürücülərə şad xəbər: Bakının mərkəzi yolu açılır
16 aprel 2013 12:56 (UTC +04:00)

Sürücülərə şad xəbər: Bakının mərkəzi yolu açılır

Xeyli müddətdir ki, nəqliyyatın hərəkəti üçün bağlı olan Məhəmməd Füzuli küçəsində təmir-yenidənqurma işi yekunlaşdırılıb. Lent.az-ın məlumatına görə, Füzuli meydanından Rəzul Rza küçəsinə qədər olan hissədə yeni asfalt örtüyü çəkilib, bardürlər dəyişdirilib, xəttəmə işləri həyata keçirilib. Qış bulvarının qarşısından keçəcək küçədə yeni yol nişanları da qoyulub.

 

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, yol yaxın günlərdə sürücülərin ixtiyarına veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1931

Oxşar yazılar