Sosial yardım alınması üçün qayda dəyişdi
17 dekabr 2012 10:28 (UTC +04:00)

Sosial yardım alınması üçün qayda dəyişdi

Nazirlər Kabineti “Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları”nın və “Ailənin  orta  aylıq gəlirinin hesablanması Qaydası”nın təsdiq edilməsi haqqında” 2006-cı il 2 fevral tarixli 32 nömrəli qərarında dəyişikliklər edib.

 

Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən sosial yardımın alınması üçün müraciət edilən zaman ailəni təmsil edən şəxs yaşayış yeri üzrə rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzinə  ərizə, “Ailənin gəlir və əmlakı haqqında bəyannamə”, “Aztəminatlı ailələrin yoxsulluq vəziyyətindən çıxarılması məqsədi ilə uyğun vasitələrin müəyyən edilməsi üçün sorğu anketi”, ailə üzvlərinin şəxsiyyətini təsdiq edən sənədlərin surəti və ailə tərkibi haqqında yaşayış yerindən arayışla birlikdə zəruri hallarda ailə üzvlərindən hər hansı birinin müddətli həqiqi hərbi xidmətdə olması barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsindən arayış da təqdim etməlidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2190
avatar

Oxşar yazılar