Səlim Müslümov  pensiyaçıları qəbul etdi
11 aprel 2013 17:04 (UTC +04:00)

Səlim Müslümov pensiyaçıları qəbul etdi

Pensiyaçılar kolxoz və sovxozlarda işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsindən narazılıqlarını bildiriblər

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov aprelin 10-da  Xaçmazda  Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən rayonlarından, aprelin 11-də isə DSMF-nin Sumqayıtda Sumqayıt şəhəri, Abşeron, Xızı və Qobustan rayonlarından olan pensiyaçılar üçün qəbul keçirib.

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə,  qəbullarda 65 vətəndaşın müraciətinə baxılıb.

 

Xaşmaz şəhərində keçirilən görüşdə 40-dan artıq vətəndaşın müraciətləri dinlənilib, onların problemləri ilə bağlı  tədbirlər görülməsi üçün tapşırıqlar verilib. Görüşdə iştirak edən vətəndaşlar əsasən pensiyaların hesablanmasının bəzi hüquqi aspektləri və stajla bağlı məsələlərə görə müraciət ediblər. Bəzi sakinlər müvafiq arxiv sənədlərinin olmaması səbəbindən keçmiş sovet dövründə kolxoz və sovxozlarda işlədikləri müddətin əmək stajlarına əlavə edilməməsindən narazılıqlarını bildiriblər.

Sumqayıt şəhərində keçirilən görüşdə isə 25 vətəndaşın müraciəti araşdırılıb. Görüşdə vətəndaşlar əsasən pensiyaçıların tibbi sığortasının olmaması, stajların təsdiqi zamanı hüquqi problemlərə aid məsələləri qaldırıblar. Bütün müraciətlərə operativ qaydada baxılaraq müvafiq tədbirlərin görülməsi barədə şəhər və rayon şöbələrinin rəhbərlərinə və digər vəzifəli şəxslərinə tapşırıqlar verilib.

# 795
avatar

Oxşar yazılar