Səhiyyə Nazirliyi sahibkarları cərimələyib
30 dekabr 2012 15:09 (UTC +04:00)

Səhiyyə Nazirliyi sahibkarları cərimələyib

Gigiyenik normalara cavab verməyən müəssisələrin sahibkarları cərimələnib. Bu barədə Lent.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Respublikanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2012-ci ilin noyabr ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsullar istehsal edən 65 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub.

 

Nazirlikdən verilən məlumatda o da qeyd olunur ki,  38 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 34 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 637
avatar

Oxşar yazılar