Səhiyyə Nazirliyi 38 elektron xidmət yerinə yetirəcək
29 dekabr 2012 15:26 (UTC +04:00)

Səhiyyə Nazirliyi 38 elektron xidmət yerinə yetirəcək

Müasir informasiya texnologiyalarının səhiyyə sisteminə tətbiq edilməsi sahəsində də əhəmiyyətli işlər görülüb. Səhiyyə Nazirliyi Mətbuat Xidmətindən Lent.az-a verilən məlumata görə,  bu fikirlər nazirliyin kollegiya iclasında səsləndirilib. “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində “Vətəndaşların elektron sağlamlıq kartı” sistemi fəaliyyətə başlayıb. Hazırda müxtəlif xəstəliklər üzrə 10-a yaxın registr, kadrların vahid registri, yoluxucu xəstəliklərin elektron müşahidə sistemi, dərman maddələrinin dövriyyəsi, təcili tibbi yardım stansiyasının dispetçer xidməti və s. sahələrdə elektron proqramlar istifadə olunur. Səhiyyə sahəsində elektron xidmətlərinin genişləndirilməsi istiqamətində də işlər aparılır. Səhiyyə Nazirliyi tərəfindən 38 elektron xidmətin göstərilməsi nəzərdə tutulub. Hazırda nazirliyin rəsmi internet saytında “Elektron xidmətlər” bölməsi yaradılıb və 11 elektron xidmət artıq fəaliyyət göstərir.

 

Kollegiya iclasında o da qeyd olunub ki, 2005-2009-cu və 2012-2015-ci illərdə ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib. Bundan əlavə, Ümumdünya Səhiyyə Təşkilatı Avropa üzrə Regional Komitəsinin 2009-cu ildə Kopenhagendə keçilən 59-cu sessiyasında Azərbaycan Daimi Komitəyə üzv seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 596
avatar

Oxşar yazılar