Səbaildə sağlam ailə tədbiri
25 dekabr 2012 19:07 (UTC +04:00)

Səbaildə sağlam ailə tədbiri

Səbail rayonunda «Sağlam ailə sağlam gələcəyin təminatıdır» adlı aksiya çərçivəsində tədbir keçirilib. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, tədbir Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və  Səbail rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub. Əvvəlcə tədbir iştirakçıları və qonaqlar Mərkəzin foyesində qurulmuş uşaqların rəsm və əl işlərindən ibarət sərgi ilə tanış olub. Səbail RİH-in başçısı Asif Əsgərov gənc nəslin tərbiyəsinə və sağlam həyat tərzinin təbliğinə istiqamətləndirilmiş tədbirlərin əhəmiyyətini vurğulayıb.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək bildirib ki, Azərbaycanda 1.900.000-dən çox ailə var: “Həmçinin cari ildə 80.000-ə yaxın nikahın bağlanıb, 10-11 faiz boşanma hallarının olub”.

Milli Məclisin Sosial-siyasət Komitəsinin sədri Hadı Rəcəbli öz çıxışında ailə dəyərlərinin qorunması istiqamətində Milli məclisdə qəbul edilmiş qanunlar, onların həyata keçirilməsinin vacibliyi barədə danışıb, gənclərin hüquqi maarifləndirilməsinin, ailə həyatı qurarkən nikah müqaviləsinin əhəmiyyətinin vacibliyini vurğulayıb.

Tədbir   Şüvəlan Uşaq və ailələrə dəstək mərkəzinin, «Müşfiq» Əlil Uşaqlara Yardım İctimai Birliyinin, «Azərbaycanda Daum Sindromlu İnsanların Assosiasiyası»nın, Milli Təhlükəsizlik Nazirliyi Mədəniyyət Mərkəzinin istedadlı uşaqlarının  ifalarında konsert proqramı ilə sona çatıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 950
avatar

Oxşar yazılar