Səbaildə Axundzadənin 200 illiyi qeyd olunub
27 dekabr 2012 15:12 (UTC +04:00)

Səbaildə Axundzadənin 200 illiyi qeyd olunub

Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon rəhbərliyi, idarə, müəssisə, və təşkilatlarının, elm və təhsil müəssisələrinin vasitələrinin nümayəndələri, gənc və ağsaqqalların iştirakı ilə «Park Bulvar»dakı «Sinema-Klub»da böyük tədbir keçirilib. Lent.az-ın məlumatına görə, tədbiri açıq elan edən Səbail RİH-in başçısı Asif Əsgərov tədbir iştirakçılarını həmrəylik günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edib: “Bu il böyük Azərbaycan mütəfəkkiri, Milli dramaturgiyanın banisi, görkəmli ictimai xadim və maarifçi Mirzə Fətəli Axundzadənin anadan olmasının 200 illiyi böyük təntənə ilə qeyd olunur. Ölkə başçısı tərəfindən Azərbaycan mədəniyyətinin  inkişafı tarixində parlaq səhifə açan  Mirzə Fətəli Axundzadənin yubileyinin təntənəli şəkildə keçirilməsi ilə bağlı sərəncam imzalanıb və müvafiq tədbirlərin keçiriləməsi ilə bağlı tapşırıqlar verilib. 2012-ci il həmdə TÜRKSOY çərçivəsində «M.F.Axundzadə ili» elan edilib”.

 

A.Əsgərov böyük Azərbaycan mütəfəkkirinin həyatı, yaradıcılığı barədə məlumat verib və qeyd edilib ki, Milli Dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin yubileyi ilə əlaqədar onun həyat və  fəaliyyətini əks etdirən «Sübhün səfiri» filminə ictimai baxış keçiriləcək.

 

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin Sədri, xalq yazıçısı Anar Azərbaycan Milli dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun yaradıcılığı, onun mənalı həyat yoluna nəzər salıb, ölkəmizdə və onun hüdudlarından kənarlarda keçirilən yubiley tədbirlərindən danışıb. Xalq yazıçısı dövlət sifarişi əsasında çəkilmiş, ssenari müəllifi olduğu «Sübhün səfiri» filminin çəkilişi barədə danışıb, filmin yaradıcı heyətini iştirakçılara təqdim edib. Daha sonra çıxış edən filmin rejissoru Ramiz Həsənoğlu və baş rolun ifaçısı xalq artisti Rasim Balayev filmin ərsəyə gəlməsi və çəkiliş günlərindən danışıblar.

 

Sonda tədbir iştirakçılarına «Sübhün səfiri» filmi nümayiş etdirilib.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 543
avatar

Oxşar yazılar