Şagirdlərin orta məktəblərə qəbulu qaydaları təsdiqləndi
01 oktyabr 2013 11:52 (UTC +04:00)

Şagirdlərin orta məktəblərə qəbulu qaydaları təsdiqləndi

Təhsil naziri Mikayıl Cabbarov "Şagirdlərin ümumtəhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın təsdiq edilməsi barədə əmr imzalayıb.  Bu barədə Lent. az-a Təhsil Nazirliyindən məlumat verilib. Uşaqların (şagirdlərin) ümumtəhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, təlim-tərbiyə işləri üzrə direktor müavini, təcrübəli ibtidai sinif müəllimləri, məktəbin psixoloqu, həkimi və valideyn özünüidarə orqanlarının (şuraların) nümayəndəsinin daxil edildiyi komissiyaya məktəbin direktoru rəhbərlik edəcək.

 

Məktəbin I sinfinə hər il sentyabrın 15-dək (15-i daxil olmaqla) 6 yaşı tamam olan, əqli və fizioloji cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul olunur. Məktəbin I sinfinə ilk növbədə məktəbin xidməti ərazisində yaşayan uşaqlar qəbul edilir. Sentyabrdan sonra I sinfə Təhsil Nazirliyinin icazəsi olmadan şagird qəbulu aparılmır. Uşaqların I sinfə qəbulu barədə valideynin (digər qanuni nümayəndənin) ərizəsi müvafiq dərs ilinin ikinci yarım ilindən etibarən növbəti dərs ili başlananadək məktəbdə qeydiyyata alınır. Ərizədə müvafiq sənədlərlə yanaşı, uşağın təhsil alacağı tədris dili və öyrənəcəyi xarici dil qeyd edilir.

 

Məktəbə hazırlıq mərhələsini keçmiş uşaqların sayı imkan verdiyi halda, onlar ayrı sinifdə (siniflərdə) komplektləşdirilirlər. I sinfə qəbul olunmuş, lakin uzun surən xəstəlik və digər üzrlü səbəblərdən dərslərə gəlmədiyi üçün biliyi qiymətləndirilməmiş şagird təkrar I sinfə qəbul olunur. I sinfi bitirmiş şagirdin təkrar I sinifdə oxumasına yol verilmir. Bu və ya digər səbəbdən müəyyən olunmuş müddətdə I sinfə qəbul edilməyən 8 və daha artıq yaş həddinə çatmış uşaqların təhsilə cəlb olunması məsələsinə fərdi qaydada Təhsil Nazirliyində baxılır. Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Təhsil Nazirliyinin qəbul etdiyi müvafiq qaydalara uyğun aparılır.

 

Yeni qaydalara əsasən, Azərbaycanda məktəblərə şagirdlərin qəbulu I və X siniflər üzrə həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1570

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34