
Sabahın hava PROQNOZU
Avqustun 4-nə gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək, mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-24° isti, gündüz 30-34° isti, Bakıda gecə 22-24° isti, gündüz 32-34° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Abşeron çimərliklərində mülayim şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti, Cənub çimərliklərində(Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi şimal və qərb rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 12-17° isti, gündüz 20-25° isti təşkil edəcək.
Oxşar yazılar

Kişilər onlara görə dəli olurlar: BÜRCLƏRİN ən ölümcül qadınları
10 iyun 2025 , 00:02
Bu BÜRCLƏRİ sürətli karyera yüksəlişi gözləyir
9 iyun 2025 , 18:43
Gün eynəyi taxmağın kimlər üçün təhlükəli olduğu AÇIQLANDI
9 iyun 2025 , 17:50
Keniya prezidenti Kamran Əliyevi qəbul etdi
9 iyun 2025 , 17:25
Benzinin ən ucuz və ən baha olduğu 10 ölkə: qiymətlər sizi şoka salacaq
9 iyun 2025 , 17:10
Sabah Bakıda yağış yağacaq, şimşək çaxacaq - PROQNOZ
9 iyun 2025 , 12:02
Azərbaycana təhlükəli makaron gətirilib? - RƏSMİ AÇIQLAMA
9 iyun 2025 , 11:20