
Sabahın havası - PROQNOZ
Sentyabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehimalı var.
Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Bildirilib ki, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz 24-27, Bakıda gecə 17-19, gündüz 24-26 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-20, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəldikdə, sentyabrın 11-də Abşeron yarımadasında komfort temperatur şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.
Oxşar yazılar

Güclü leysan, dolu, sulu qar - XƏBƏRDARLIQ
13 iyun 2025 , 13:08
Çiyələk haqqında maraqlı FAKTLAR
13 iyun 2025 , 12:46
Bu yerlərə güclü leysan yağacaq - Sabahın havası
13 iyun 2025 , 12:26
Adı və soyadı dəyişdirmək üçün hansı sənədlər lazımdır? - CAVAB
13 iyun 2025 , 11:17
Azərbaycanda 3 milyon vətəndaşı əhatə edən ARTIMLAR
13 iyun 2025 , 11:00AZAL bəzi reysləri ləğv etdi
13 iyun 2025 , 08:22
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
13 iyun 2025 , 08:22