Qurban bayramına olan <span style="color:red;">HAVA PROQNOZU  açıqlandı
23 sentyabr 2015 12:33 (UTC +04:00)

Qurban bayramına olan HAVA PROQNOZU açıqlandı

Sentyabrın 24-də Bakı və Abşeron yarımadasında hava şəraitinin  dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.      

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 26-31 dərəcə olacaq.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,  səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.  Şərq küləyi əsəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 16-21, gündüz 28-33 dərəcə, dağlıq rayonlarda gecə 10-15, gündüz 23-28 dərəcə olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 372

Oxşar yazılar