<b>Temperatur 30 dərəcəyə yüksələcək</b>
12 may 2016 12:39 (UTC +04:00)

Temperatur 30 dərəcəyə yüksələcək

 

Mayın 13-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, gündüz cənub-şərq küləyi əsəcək

 

Abşeron yarımadasında gecə 11-15, gündüz 20-25, bəzi yerlərdə 28, Bakıda gecə 13-15, gündüz 22-24 dərəcə isti olacaq.

 

Sabah Azərbaycanın rayonlarında gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 263

Oxşar yazılar