Sabah ilk sınaq imtahanıdır
06 aprel 2013 15:22 (UTC +04:00)

Sabah ilk sınaq imtahanıdır

 

Sabah Azərbaycanda ali məktəbə hazırlaşanlar üçün ilk sınaq imtahanı keçiriləcək.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin APA-ya verdiyi xəbərə görə, sınaq imtahanları abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmalarına kömək məqsədilə respublikanın 28 şəhər və rayonunda keçiriləcək. Aprelin 14-də isə təkrar sınaq imtahanı olacaq. Bu imtahanlara yazılış artıq başa çatıb.

 

Ümumilikdə 46 binada keçiriləcək imtahanda respublika üzrə 34464 abituriyentin iştirakı nəzərdə tutulub.

 

# 591
avatar

Oxşar yazılar