Boşanan arvadını qeydiyyat şöbəsində  öldürdü
16 may 2024 16:46 (UTC +04:00)

Boşanan arvadını qeydiyyat şöbəsində öldürdü

Rusiyanın İrkutsk vilayətinin Sayansk şəhərində kişi boşanmaq üçün ərizə verərkən arvadını öldürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu gün səhər ər-arvad boşanmaq məqsədilə ərizə vermək üçün qeydiyyat şöbəsinə gəliblər. Lakin qəfil kişi bıçaq çıxarıb. Bildirilir ki, vətəndaş arvadına bir neçə zərbə vurub. Qadın təcili yardım gələnə qədər yerindəcə keçinib. Qatil təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılaraq polisə təhvil verilib.

Məlumata görə, aprel ayında evlənən 25 yaşlı Dmitri və 21 yaşlı Daria bir ay sonra ayrılmağa qərar veriblər.

Ölən qadının 11 aylıq bir qızı var və hadisə zamanı uşaq onun yanında olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3798
avatar

Oxşar yazılar