FHN-in əməkdaşı Avropa çempionatında uğur qazanıb
16 may 2024 15:35 (UTC +04:00)

FHN-in əməkdaşı Avropa çempionatında uğur qazanıb

Xorvatiyanın Zadar şəhərində Dünya Karate Federasiyasının (WKF) təşkilatçılığı ilə karate üzrə böyüklər arasında 59-cu Avropa çempionatı keçirilib.

Lent.az FHN-nə istinadən xəbər verir ki, çempionatda Avropanın 51 ölkəsindən 850-yə yaxın idmançı qüvvəsini sınayıb. Azərbaycan yığma komandasının 3 nəfər karateçisi Roman Heydərov, İsmayıl Quliyev və Rövşən Əliyev mötəbər turnirdə iştirak edərək böyük uğura imza atıblar. Belə ki, idmançılarımız böyüklər arasında kata üzrə komanda yarışlarında çempionatın bürünc medalına sahib olublar.

Qaliblərə Dünya Karate Federasiyasının medal və kuboku təqdim olunub.

Qeyd edək ki, qaliblərdən biri–Rövşən Əliyev FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşıdır.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev turnirdə uğur qazanmış idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edilib ki, karateçilər noyabr ayında İspaniyanın Pamplona şəhərində keçiriləçək karate üzrə dünya çempionatına vəsiqə qazanıblar.

FHN-in əməkdaşı Avropa çempionatında uğur qazanıb

FHN-in əməkdaşı Avropa çempionatında uğur qazanıb

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1872
avatar

Oxşar yazılar