"Mançester Yunayted"in yarımmüdafiəçisi Bruno Fernandeş gələcəyi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
“Yayda klubu tərk edə bilərəmmi? Mən burada olacam. Klubun mənə ehtiyacı var. Həmişə demişəm ki, kluba lazım olduğum kimi olmaq istəyirəm. Əgər hansısa səbəbdən “Yunayted”in mənə ehtiyacı yoxdursa, gedəcəyəm.
Mövsümün sonu? Aydındır ki, işimiz hələ başa çatmayıb. Premyer Liqada hələ bir oyunumuz var, sonra isə mövsümün ən vacib oyunu var - İngiltərə Kubokunda”, - Lent.az xarici mediaya istinadən bildirir ki, Fernadeş bildirib.