Sabah hava yağmursuz olacaq
22 dekabr 2012 13:19 (UTC +04:00)

Sabah hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti dekabrın 23-ə gözlənilən hava proqnozunu açıqlayıb. Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumatına görə, dekabrın 23-də Bakıda və Abşeron yarımadasında havanın gün ərzində əsasən yağmursuz  keçəcəyi, lakin axşam və gecə saatlarında bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi  əsəcək.

Havanın temperaturunun gecə  0-3, gündüz  4-8 dərəcə isti olacağı gözlənilir.

 

Azərbaycanın rayonlarında dekabrın 23-də havanın gün ərzində əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında yağıntılı olacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə  13-18 dərəcə  şaxta, gündüz 0-5 dərəcə isti olacağı gözlənilir.

 

Dekabrın 23-də ölkə ərazisində hava şəraitinin nisbətən sabit keçəcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1648

Oxşar yazılar