
Sabah hava necə olacaq?
Sabaha gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə Bakıda və Abşeron yarımadasında iyulun 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 30-35, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən hava şəraiti:
Şimal-qərb küləyi gündüz arabir güclənəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında iyulun 10-da bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz yağış tədricən kəsiləcək. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 13-18, gündüz 19-24 dərəcə isti təşkil edəcək.
Oxşar yazılar

Ən uğurlu insanların doğulduğu ayın 6 tarixi AÇIQLANDI
8 iyun 2025 , 16:59
Yağış, dolu, şimşək - SABAHIN HAVASI
8 iyun 2025 , 12:07
Yeni pandemiya ola bilər
8 iyun 2025 , 10:07
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi aşağı salındı
7 iyun 2025 , 20:42
Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi
7 iyun 2025 , 20:15
Tıxaclar mühərriki öldürür - Avtomobili necə qorumaq olar?
7 iyun 2025 , 19:43
Xüsusi imkanlar: İyun ayında hansı iki BÜRC varlanacaq?
7 iyun 2025 , 18:30