Qənirə Paşayeva Hollandiyadakı türk gənclərlə görüşüb
15 dekabr 2012 15:04 (UTC +04:00)

Qənirə Paşayeva Hollandiyadakı türk gənclərlə görüşüb

Millət  vəkili  Qənirə Paşayeva Amsterdamda Vrij Universitetində  Hollandiyadakı türk  tələbələrinin təmsil olunduğu təşkilatların rəhbərləri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə  millət vəkili Qənirə Paşayeva bildirib ki, dünyanın hər yerində, o cümlədən  Hollandiyada  yaşayan minlərlə türk əsilli tələbə və gənclərimiz Ermənistanın  işğal  etdiyi  Azərbaycan  torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar. 

Q.Paşayeva Vrij universitetində keçən görüş zamanı Hollandiyada yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş türk kökənli gənclərin, tələbələrin və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da  artırılmasının vacibliyini də diqqətə çatdırıb.

 

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva tələbə təşkilatlarına Azərbaycan  həqiqətlərinə  dair  materiallar təqdim edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 859
avatar

Oxşar yazılar