Qəbələdə ekologiyaya həsr edilmiş müşavirə keçirilib
26 dekabr 2012 22:45 (UTC +04:00)

Qəbələdə ekologiyaya həsr edilmiş müşavirə keçirilib

Dekabrın 26-da Qəbələ rayonunda “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” mövzusunda seminar-müşavirə keçirilib.

 

APA-nın məlumatına görə tədbirdə İsmayıllı, Şəki, Qəbələ, Oğuz rayon icra hakimiyyətlərinin məsul işçiləri, yerli icra nümayəndəlikləri və bələdiyyə sədrləri iştirak ediblər. BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rəhbəri Məzahir Əfəndiyev, Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Fərid Abbasov, FHN-in Su Ehtiyatları Dövlət Agentliyinin nümayəndəsi Şafiq Babayev, ekspertlər çıxış edərək son vaxtlar iqlim dəyişikliyi nəticəsində baş verən daşqınlar və içməli su çatışmazlığı məsələlərindən danışıblar. Fövqəladə Hallar Nazirliyi BMT-nin İnkişaf Proqramı ilə birgə olaraq “Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi” layihəsini həyata keçirməkdədir. Qeyd olunub ki, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirmək, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaq layihənin əsas istiqamətlərindən sayılır. Tədbirdə iqlim dəyişikliyi şəraitində sel və daşqınlar, quraqlıq riskləri, içməli su problemləri ilə bağlı ilkin məlumatlar aidiyyatı dövlət strukturlarının və  ictimaiyyət nümayəndələrinin diqqətinə çatdırılıb.

 

Müşavirədə regiondakı mövcud vəziyyət geniş müzakirə olunub, bu istiqamətdə məsləhətləşmələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 930
avatar

Oxşar yazılar