Qar yağacaq
30 dekabr 2012 00:10 (UTC +04:00)

Qar yağacaq

Dekabrın 30-da şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin yenidən qısa müddətə dəyişiləcəyi, arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, dekabrın 30-da Bakıda və Abşeron yarımadasında
 hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər duman, axşam isə yağıntılı olacağı, sulu qar yağacağı, gecəyə doğru yarımadanın bəzi yerlərində qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz güclənəcək. 

Havanın temperaturunun gecə 0-2, günün birinci yarısında 5-7, axşama doğru 2 dərəcəyə yaxın isti olacağı gözlənilir.
 

Azərbaycanın rayonlarında  şimal və qərb rayonlarından başlayaraq havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 0-4 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 11-15, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1946

Oxşar yazılar